BURADA REKLAMINIZ OLA
BİLƏR

Oxu.Az 10 yaşında! - VİDEO

Bu gün Oxu.Az informasiya saytı 10 yaşını qeyd edir.

 

Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir.

 

Saytda onlarla işçi fasiləsiz işləyir. Sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.

 

Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.

 

Tarix: 1 İyul 2023, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin