Reklam

Dollar bahalaşdı

Çərşənbə günü ABŞ dolları türk lirəsinə qarşı bahalaşmağa davam edib. 1 dolların lirəyə qarşı məzənnəsi 7,0077 lirəyə çatıb ki, bu da 2018-ci ilin avqust ayından bəri ən yüksək göstəricidir.

 

Pravda.az-ın verdiyi xəbərə görə, 1 dollar 7 lirə səviyyəsində qala bilməyib və sürətlə geriləyərək 6,9950 lirəyə enib.

 

Bu gün dollar 6,98 lirəyə bərabər olub və səhər saatlarında bu səviyyədə dövr edib.

 

Xatırladaq ki, lirə 2020-ci ilin əvvəlindən indiyədək dollar qarşısında 15% ucuzlaşıb. USD/TRY tarixinin ən yüksək səviyyəsi isə 7,2362 ilə 2018-ci ildə qeydə alınıb. APA

Tarix: 23 Aprel 2020, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin