BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir çox bölgələrdə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 01-i saat 13:00-a olan məlumatına əsasən Astara, Biləsuvar, Neftçala, Beyləqan, Zərdab, Göyçay, Yevlax, Şahdağ, Qrız, Xaltan, Cəfərxan, Sabirabad, Qobustan, Quba, Şamaxı, İsmayıllı, Naxçıvan, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.


Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.

Tarix: 1 İyul 2023, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin