BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" Avstriya toplanışını qələbə ilə başa vurdu

Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" sonuncu yoxlama oyununu keçirib.


Pravda.az-ın məlumatına görə, "köhlən atlar" Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.


"Vörgl" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.


Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa "Legiya"sına uduzub - 0:2.

Tarix: 4 İyul 2023, 22:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin