BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür

Get-gedə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

 

"Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir qeyd edib.

 

Nazir deyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib.

 

"Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır", - nazir vurğulayıb./APA

Tarix: 6 İyul 2023, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin