BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqpulu bərpa edilsin - Deputat

Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib.

 

Pravda.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin.

 

“Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”- deyə, əlavə edib.

 

Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik verilməsini də istəyib.

 

Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

Tarix: 24 Aprel 2020, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin