BURADA REKLAMINIZ OLA
BİLƏR

İsgəndərli Ermənistanda meydana çıxdı, komandası qol vurdu

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sı Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Ermənistanda "Ararat"la səfər oyununa çıxıb. Fanat.Az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.

 

İsgəndərli oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 59-cu dəqiqədə meydana daxil olub. 36-cı dəqiqədə qol buraxan Albaniya klubu bərabərlik qolunu 90+7-ci dəqiqədə vurub.

 

Xatırladaq ki, İsgəndərli bu ay “Sumqayıt”dan "Eqnatiya"ya transfer olunub.

Tarix: 13 İyul 2023, 21:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin