BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər TV-dən Elza Seyidcahanla bağlı AÇIQLAMA

Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Xəzər Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova əməkdar artist Elza Seyidcahanın Xəzər TV-də veriliş aparacağı ilə bağlı məlumata münasibət bildirərkən deyib.

 

“Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur", - Ü.Qasımova bildirib.

Tarix: 14 İyul 2023, 00:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin