BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni Bakını qəbul etməyənlər: “Biz də qısa ətək geyinirdik, amma indiki gəlinlər kimi yox” - VİDEO

Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin növbəti buraxılışı efirə gedib.

 

Budəfəki buraxılışda milli-mənəvi dəyərlərimiz müzakirə mövzusu olub.

 

Mərdəkan sakini, vaxtilə müəllim işləyən Sahibə Cəfərova bildirib ki, əvvəllər Azərbaycan kişilərinin xasiyyəti həddindən artıq tünd olub:

 

“O vaxtın kişiləri yüngül hərəkəti qəbul etmirdilər. Qadının nə ixtiyarı var idi ki, kişinin yanında artıq-əskik hərəkət eləsin. Kişinin bir sözünü iki etməyə heç kimin ixtiyarı yox idi”.

 

Verilişdə qadınların geyim mədəniyyətinin də dəyişdiyi xüsusi vurğulanıb:

 

“Biz də qısa ətək geyinirdik, amma indiki gəlinlər kimi yox. Baxanda gözümə heyfim gəlir”.

 

Ətraflı verilişi təqdim edirik:

 

Tarix: 14 İyul 2023, 00:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin