BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahin Mahmudzadəyə vəzifə verildi

Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.

 

Pravda.az bu barədə Mərkəzi Banka istinadən məlumat verir.

 

Şahin Aydın oğlu Mahmudzadə 1992-ci ildə Bakı şəhərində anadan olub.

 

2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirmişdir, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil almışdır, həmçinin Chartered Financial Analyst (CFA) sertifikatına yiyələnib.

 

Əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.

 

2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləyib.

Tarix: 17 İyul 2023, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin