BURADA REKLAMINIZ OLA
BİLƏR

Çörəyin qiyməti artacaq?

"Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb"-bu haqda rəsmi Rusiya açıqlama yayıb. Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3.0 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir.

 

Azərbaycana gəldikdə isə, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur. Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçin mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur.

 

Vüqar Bayramov

Milli Məclisin deputatı

Tarix: 17 İyul 2023, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin