BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimov Masallının kəndinə işıq çəkdirir

Türkiyədə həbsdə olan “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Masallı rayonunun Miyənkü kəndinə işıq çəkdirir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.

 

“Hər dəfə deyirdim ki, çox şanslı insanam, çünki Mübariz bəyin sayəsində dualar da qazanıram. Onun etdiyi xeyriyyə işləri əksər vaxtlarda mənim vasitəmlə həyata keçirilirdi. Savab qazanıb, qazandırırdı. Bu arada, Mübariz Mənsimovun doğma Miyənkü kəndinin gəncləri kəndə gələn yolun işıqlandırılması ilə bağlı müraciət ediblər. Onlar bildiriblər ki, bir çox kəndlərin yolları işıqlandırıldığı üçün bu kəndə gələn yolun da işıqlandırılması insanların rahatlığını artırardı. Mənsimov düşünmədən bu iş üçün büdcə ayırdı. Onun növbəti təlimatı da bu yola işıq çəkilməsi ilə bağlı idi. Həbs edilməzdən bir az əvvəl göstərişlərini vermişdi. Hazırda vəsait ayrılıb, dirəklər qoyulub. Mənsimovun həbsi bu yol üçün çalışanları ruhdan salsa da, onlar gələn həftə artıq kabelçəkmə işlərinə başlayacaqlarını deyiblər. Çox qısa zamanda kəndə gedən yol işıqlandırılacaq. Ümid edirik ki, çox qısa bir zamanda hər şey yoluna qoyulacaq, Mübariz bəyin düşdüyü qaranlıq yol da aydınlaşacaq” – F.Quliyeva qeyd edib.

Tarix: 24 Aprel 2020, 20:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin