BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeytun ağaclarının müalicəsinə başlanıldı

Bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara gətirir.

 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılması aparılır.

 

İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz hazırda Bakıdadır və yerli mütəxəssislərlə birlikdə paytaxtın müxtəlif ərazilərində mövcud zeytun ağaclarının vəziyyəti araşdırılır, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlərə başlanılıb.

 

Qabriel Eliazzis bildirib ki, Bakı meriyası tərəfindən görülən qabaqlayıcı işlər bi xəstəliyin geniş yayılmasının qarşısını alıb. Zeytun ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunur, ağaclara gübrə verilir, onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və quruyan budaqları budanır. Yoluxan ağacların budaqlarının və quruyan yarpaqların budanması digər ağaclara yayılmasının qarşısının alınması məqsədi ilə edilir.

Tarix: 18 İyul 2023, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin