BURADA REKLAMINIZ OLA
BİLƏR

Məcburi köçkünlərlə bağlı vacib xəbər

“Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə bağlı dövlət başçısına məlumat verərkən deyib.

 

“Birinci qəsəbəmizdə 1512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq”.

Tarix: 24 Aprel 2020, 23:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin