BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin nəzərinə: İyulun 26-dan…

Bədən tərbiyəsi və idman istiqamətinə aid məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları başlanır.

 

Bu barədə Pravda.az-a Dövlət İmtahan Mərkəzindən (DİN) bildirilib.

 

Bakalavriat səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinə aid 61-ci komissiyanın idman növlərinin ixtisas imtahanları 26 iyuldan etibarən keçiriləcək. Abituriyentlər buradan imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

"Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi, 086U formalı tibbi arayış və idman növünə müvafiq idman geyimi gətirməlidirlər. İmtahanların Bakı şəhərindəki idman obyektlərində keçirilməsi nəzərdə tutulub. İmtahan tarixləri və binaları ilə aşağıdakı qrafikdən tanış ola bilərsiniz.

 

İmtahan normativləri ilə "Abituriyent" jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında və DİM-in "Youtube" səhifəsindən tanış ola bilərsiniz", - DİM-in məlumatında deyilir.

Tarix: 19 İyul 2023, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin