BURADA REKLAMINIZ OLA
BİLƏR

Musa Qurbanlı yeni klubunda debüt etdi

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb.

 

Pravda.az xəbər verir ki, gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.

 

Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.

 

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.

Tarix: 22 İyul 2023, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin