BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının qardaşına vəzifə verildi - FOTO

 Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunub.

 

Bu barədə Nazirlikdən məlumat verilib.

 

Qeyd edək ki, Cavid Paşayev 2001-2007-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsində müalicə işi üzrə təhsil alıb. O, 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə “Anesteziologiya-reanimasiya” ixtisası üzrə internatura keçib. 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-2014-cü illərdə isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq olaraq çalışıb. Daha sonra C.Paşayev 2014-2021-ci illərdə fəaliyyətini ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib. O, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasında assistent, 2021-2022-ci illərdə isə Bakı Sağlamlıq Mərkəzində Baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru bu gün kollektivə təqdim edilib.

 

Xatırladaq ki, C.Paşayev könüllü olaraq Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakı, eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə xidmətlərinə görə “Fəxri Fərman”la və “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.

 

Qeyd edək ki, o, ötən ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postuna oturan Elvin Nazim oğlu Paşayevin qardaşıdır.

 

Elvin Nazim oğlu Paşayev

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ELVİN PAŞAYEV VƏZİFƏ  SƏLAHİYYƏTLƏRİNİ AŞMAQDADIR... - Turantv.az

 

 

Tarix: 24 İyul 2023, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin