BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu

İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

 

MN-dən verilən məlumata görə, Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

 

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov, həmçinin Türkiyənin texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.

 

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.

Tarix: 25 İyul 2023, 19:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin