Reklam

PA-nın 3 şöbəsi ləğv edildi

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.

Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub. 

Tarix: 29 Noyabr 2019, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin