BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağçalara qəbul sistemi bu tarixlərdə bağlanacaq

Keçən tədris ilindən məktəbəqədər təhsil müəssisələri uşaqların qəbulu elektron formada həyata keçirilir. Dünəndən başlayaraq ölkə üzrə valideynlər elektron kabinet yaratmağa başlayıblar.

 

Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.

 

Dünəndən yalnız kabinet yaratmağa başlanılıb. Kabinet yaradıldıqdan sonra bütün qəbul avqustun 1-i regionlar, 8-i Bakı üzrə başlayacaq. 3 məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Əgər seçdikləri bağçalarda o yaş qrupunda yer olanda minimum 5 gün ərzində SMS gəlir. 1-15 sentyabrda komplektləşdirməyə görə müvəqqəti olaraq sistem bağlanacaq. 15-dən sonra sistem ilboyu açıq olacaq./APA

Tarix: 26 İyul 2023, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin