BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Qurbanov yüksək vəzifəyə təyin olundu

Müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, A.Qurbanov bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Tarix: 26 İyul 2023, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin