BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağçalara qəbulla bağlı mühüm açıqlama: “Növbə üçün yarışma başlayır...”

“Uşaq bağçalarına elektron qəbul başlayıb. Bağçada boş yer seçimi üçün əsas prinsiplər hansılardır? Artıq 2-ci ildir ki, Elm və Təhsil Nazirliyi bu xidməti elektron qaydada həyata keçirir. Bağçalar Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olduğu 10 illər ərzində bu xidmət oflayn formada, həm də bərbad gündə olub. Doğrudur, son anda, 3 il öncə Bakı RİH pilot qaydada eletron növbə sisteminin qurulması üçün bir neçə yüz min vəsait ayırsa da, sonda real bir həll ortaya çıxarılmadı. Hazırda ETN bağçalara qəbulla bağlı normal bir rəqəmsal həll hazırlaya bilib. Valideynlər ilk növbədə www.bq.edu.az sistemində qeydiyyata alınırlar. Qeydiyyatdan keçmək növbə tutmaq hesab olunmur. Növbə üçün bəlli bir gündə yarışma, yəni elektron qaydada növbə tutma prosesi başlayır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

“Bu il yarışma 1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə olacaq. Qeydiyyatdan keçənlər məhz bu vaxtlar növbə yarada biləcəklər. Prinsip belədir ki, kim sistemə daha tez daxil olub, axtardığı bağçanı və müvafiq yaş qrupunu seçə bilirsə, onun növbəsi daha yuxarıda olur. Növbə sıralaması ilə bağlı iddiaçılara şəxsi kabinetlərində məlumat verilir. Lakin bu da hələ bağçada yer seçimi demək deyil. Növbəti mərhələdə bağçada  boş yer olduğu halda həmin sıra nömrələrin sorğuya çevrilməsi prosesi başlayır. Məhz bundan sonra, növbə sorğuya çevrildikdən sonra valideyn bağçada yer qazanmış olur və 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Bu növbə sırası il ərzində qüvvədə olur, valideynlər sıranı görürlər və yerlər boşaldıqca növbəti yerin sahibi seçim edir. Düşünürəm ki, insan amilinin minimuma endirilməsi, təmasların, korrupsiya və rüşvət risklərinin aradan qaldırıması, həmçinin şəffaflıq və operativlik baxımından doğru və faydalı bir yanaşmadır. Eyni zamanda, düşünürəm ki, ETN prosesin real vaxtda gedişini əks etdirən datanı da, yalnız iddiaçılar üçün deyil, cəmiyyət üçün də portalda yerləşdirsə, faydalı olardı. Yəni, prosesin gedişinə ictimai nəzarət imkanlarının yaradılması, ictimai əhəmiyyət kəsb edən məlumatların, statistikanın əlçatan olması vacibdir”, - O.Gündüz qeyd edib.

Tarix: 27 İyul 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin