BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyindən 3 polkovnikin işdən çıxarılması xəbərinə MÜNASİBƏT

Yüksək rütbəli 3 hərbi qulluqçunun vəzifədən çıxarılması barədə məlumatlara

 

 

 

"Bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır".

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

 

"Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır.

 

Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", MN-in məlumatında deyilir.

Tarix: 28 İyul 2023, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin