BURADA REKLAMINIZ OLA
BİLƏR

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Avqustun 3-ü gündüz saatlarından başlayaraq 5-i gündüzə qədər şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi yerlərdə leysan xarakterli yağışlar yağacaq:

 

"Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə arabir 28 m/san-dək güclənəcək. Gözlənilən yağıntı ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında da avqustun 3-gündüzdən 5-i gündüzədək şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20, bəzi ərazilərdə isə 23-28 m/san olacaq".

Tarix: 2 Avqust 2023, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin