BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" uduzdu

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

 

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Rakuv”la qarşılaşıb.

 

Səfərdə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş ala biməyiblər. Matçın birinci hissəsində qapılara qol vurulmaylb. Fasilədən sonra qonaqlar müdafiədəki diqqətsizlikdən istifadə edərək, hesabı açıblar. “Qarabağ” buraxılan qola dərhal reaksiya verərək, 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Polşada olduğu kimi, bu dəfə də Cica fərdi ustalıq nümayiş etdirib. Amma “Qarabağ”ın bundan artığına gücü çatmayıb. İki oyunun nəticəsinə görə, 4:3 hesabı ilə qalib gələn Polşa çempionu mərhələ adlayıb. “Qarabağ” isə mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

 

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsində “Molde” – HJK cütünün məğlub komandası ilə yarışacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

2 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) - 1:1

Qol: Cica, 60 - Tudor, 52.

Baş hakim: Sven Yablonski (Almaniya)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 19. Redon Cica, 7. Yassin Benzia.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 66. Patrik Andrade, 11. Adama Diakabi, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 90. Nəriman Axundzadə, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

“Rakuv”: 1. Vladan Kovaçeviç, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitan, 4. Stratos Svarnas, 7. Fran Tudor, 66. Giannis Papanikalau, 20. Con Karlos, 9. Lukaş Zvolinski, 77. Marçin Çebula, 11. Jon Yeboa, 5. Qustav Berqren

Ehtiyat oyunçular: 89. Kasper Bieşçad, , 6. Simon Çiz, 93. Sonni Kitel, 27. Bartoş Novak, 99. Fabian Paçieski, 17. Mateuş Vdovyak, 22. Derian Soresku, 14. Srcan Plavşiç, 30. Vladislav Koçergin, 8. Ben Lederman

Baş məşqçi: David Şvarqa

Bakı Olimpiya Stadionu

İlk oyun – 2:3/Apasport

Tarix: 3 Avqust 2023, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin