BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: "Azərenerji" mənfəətə çıxıbsa, əla, deməli vətəndaşlarla bu mənfəəti bölüşməlidir

""Azərenerji" ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub, ötən il "Azərenerji"nin xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin "Azərenerji"nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb). Belə baxanda yaxşı göstəricidir, amma: İndi deyəcəksiz ki, illərdir dövlət şirkətləri ziyanla işləyirdi - tənqid edirdin, indi onlardan biri xalis mənfəətə çıxıb, yenə əmmmma qoyursan".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.


"Dövlət şirkətlərinin yüksək mənfəətlə işləməsi doğru deyil, bəli, öz xərclərini ödəməli, ziyanla işləməməlidirlər - bu heç. Biz hamımız, faktiki olaraq o şirkətin "səhmdarıyıq", vətəndaşlardan yığılan vergi hesabına büdcədən illərdir "Azərenerji"-yə yüzmilyonlarla vəsait ayrılıb, alt yapısı qurulub, avadınlıqlar alınıb, xəttlər çəkilib, təmir işləri görülüb, deməli biz hamımız bu işdə pay sahibiyik. İndi şirkət mənfəətə çıxıbsa lap yaxşı, əla, deməli öz "səhmdarları" - vətəndaşlarla bu mənfəəti bölüşməlidir. Yəni, şirkət əhali üçün topdan satdığı enerji qiymətlərini azı 15-20% aşağı sala bilər, bu zaman dövlətin əlində olan digər pərakəndə paylayıcı şirkətlər də qiyməti ucuzlaşdırmalıdır.
Bu işin iqtisadi fəlsəfəsi budur - ziyan edəndə hamımız ziyanı vergilərlə ödəyiriksə, xalis mənfəətdə də əhalinin qiymət endirimi ilə payı olmalıdır..." - ekspert əlavə edib.

Tarix: 3 Avqust 2023, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin