BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev sərəncam imzaladı: 2026-cı ilin sonuna...

Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dəyişiklik edib.

 

Pravda.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncama əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 % -i, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.

 

Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması idi.

Tarix: 4 Avqust 2023, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin