BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziyafət Əsgərov İkinci Qarabağ müharibəsi şəhidi Afərin Qulamovun atası ilə görüşdü - FOTO

76 saylı Lənkəran-Astara seçki dairəsindən Milli Məclisin deputatı Ziyafət Əsgərov İkinci Qarabağ müharibəsi şəhidi, Afərin Qulamovun atası Müqəddəs Qulamovla evində görüşüb.

 

Pravda.az xəbər verir ki, görüş zamanı şəhid atasının qayğıları dinlənilib və şəhidimizin keçdiyi döyüş yolundan danışılıb. Şəhid atası  ona göstərilən qayğıya görə səmimi təşəkkür və minnətdarlığını bildirib.

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Afərin Qulamzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  ilə təltif edilib.

Fotoları təqdim edirik
Tarix: 8 Avqust 2023, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin