BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah 43 dərəcə isti olacaq

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Tarix: 9 Avqust 2023, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin