BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Nəbiyev İlon Maskla görüşdü

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “Tesla” şirkətinin rəhbəri İlon Maskla görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə azərbaycanlı nazir Feysbukda bildirib.

 

““Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq” – nazir qeyd edib.

 

 

Tarix: 11 Avqust 2023, 23:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin