BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah dolu düşəcək - XƏBƏRDARLIQ

Avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Tarix: 14 Avqust 2023, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin