BURADA REKLAMINIZ OLA
BİLƏR

190 manatla bağlı cavab ala bilməyənlərin NƏZƏRİNƏ

“Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

 

“Ona görə də kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın. Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək. Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb. Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq. Ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək” – F.Talıbov qeyd edib.

 

Tarix: 28 Aprel 2020, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin