BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Ermənilər Kəlbəcərdə təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

Tarix: 15 Avqust 2023, 00:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin