Reklam

Sabiq baş prokuror: “Əli İnsanov kimdir ki, ona qoşulam...” - VİDEO

Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov Space TV-nin “Sadə həqiqətlər” proqramının qonağı olub.

 

Pravda.az-ın xəbərinə görə, proqramda o baş prokuror olduğu vaxt Respublika Baş Prokurorluğuna Mahir Cavadov tərəfindən basqın edilməsi, döyülməsi haqda ətraflı danışıb. Bildirib ki, əgər indi Mahir Cavadovla qarşılaşarsa, ondan kişi kimi qisas alacaq.

 

Əli Ömərov həmçinin hər hansı müxalifət siyasi partiyasına, Əli İnsanova qoşulmaq fikrində olmadığını vurğulayıb: “Əli İnsanov kimdir ki, mən ona qoşulam, qoşulan varsa, qoy mənə qoşulsun. Mən Əli İnsanovdan əskik oğlanam ona qoşulam?! Rütbəm də, mövqeyim də yüksəkdir”.

 

Tarix: 30 Noyabr 2019, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin