BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda orta aylıq əməkhaqqı artdı: 1 177 manat

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.

 

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı il ərzində 11,5 % artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.

Tarix: 16 Avqust 2023, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin