BURADA REKLAMINIZ OLA
BİLƏR

Volt niyə bağlandı? - "Kuryerlər yolda yeməyi yeyir"

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Volt Azərbaycan” MMC­nin fəaliyyətini dayandırması barədə verdiyi qərar doğru deyil". Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

 

O qeyd edib ki, Agentlik şirkətlə birgə nöqsanları aradan qaldırmağa çalışmalıdır: "Kuryer şirkətini bağlamaq vəziyyətdən çıxış yolu deyil. ”Volt”un bağlanması bazara monopolist şirkətin daxil olmasına şərait yaradacaq. Bu, nəzərə alınmalıdır. Qeyd edim ki, kuryer şirkətlərindən AİB-ə də şikayətlər olunur. Ən çox şikayətlər sifariş verilən yeməyin yolda yeyilməsi ilə bağlıdır. Amma hələ ki, yeməyin keyfiyyəti barədə şikayət edilməyib”.

Tarix: 16 Avqust 2023, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin