BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusu Ermənistanın Arazdəyən istiqamətindəki mövqelərini atəşə tutmayıb - RƏSMİ

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Tarix: 17 Avqust 2023, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin