BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçi" "Beşiktaş"a uduzdu

“Neftçi” avrokubokların 2023/24 mövsümünü başa vurub. Konfrans Liqasında çıxış edən Bakı klubu mübarizəni III təsnifat mərhələsində dayandırıb.

 

Adrian Mutunun yetirmələri “Beşiktaş” səddini keçə bilməyib. Ötən həftə Bakıda 1:3 hesabı ilə uduzan “Neftçi” İstanbuldakı qarşılaşmaya yaxşı başlayıb.

 

İlk 45 dəqiqədə xoş təsir bağışlayan “ağ-qaralar” Emin Mahmudovun dəqiq zərbəsi ilə hesabı açıb. Fasilədən sonra komandanın liderlərini meydana buraxan Şenol Günəş oyunda dönüş yarada bilib. İki qol vuran “Beşiktaş” əzmkar qələbə ilə pley-offa yüksəlib.

 

Qeyd edək ki, “Neftçi” cari mövsüm avriokuboklarla vidalaşan ikinci təmsilçimiz olub. “Qəbələ” mübarizəni yarışa başladığı II təsnifat mərhələsində dayandırıb.

 

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

17 avqust

22:00. "Beşiktaş" (Türkiyə) – “Neftçi” (Azərbaycan) - 2:1

Qollar: Vensan Abubakar,, 57, Cekson Muleka, 71 // Emin Mahmudov, 36

Baş hakim: Yulian Veinberger (Avstriya)

Beşiktaş: 34. Mert Günok (k), 24. Valentin Rozye, 12. Daniel Amarti, 77. Umut Meraş, 83. Jedson Fernandes, 40. Cekson Muleka, 20. Necip Uysal, 71. Jan Onana, 21. Demir Tıknaz, 90. Semih Kılıçsoy, 7. Ante Rebiç

Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 17. Kerem Kesgin, 3. Fransisko Montero, 23. Kartal Yılmaz, 99. Emrecan Bulut, 19. Amir Haciahmetoviç, 4. Onur Bulut, 8. Salih Uçan, 10. Vensan Abubakar, 9. Cenk Tosun, 26. Masuaku

Baş məşqçi: Şenol Günəş.

Neftçi: 1. İvan Brkiç, 44. Yuri Matias, 4. Mark Tamaş, , 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 99. Ervin Koffi, 25. Aaron Olanare, 10. Filip Ozobiç

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 77. Yeqor Boqomolski, 27. Fərid Yusifli, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı

Baş məşqçi: Adrian Mutu

İstanbul. “Beşiktaş Park”

İlk oyun – 3:1/Apasport

Tarix: 18 Avqust 2023, 01:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin