BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Erməni dəstələrinin Xocalı istiqamətində fortifikasiya qurğuları hazırlamaq cəhdlərinin qarşısı alınıb

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Tarix: 19 Avqust 2023, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin