BURADA REKLAMINIZ OLA
BİLƏR

Həftənin ilk iş günü hava necə olacaq?

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq.


Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Tarix: 20 Avqust 2023, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin