BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus kimlər üçün təhlükəlidir?

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev koronavirus xəstəliyinin kimlər üçün təhlükəli olacağını açıqlayıb. Onun sözlərinə görə, bunlar bronxit və astma xəstələri deyil. Şəkərli diabet, piylənmə və hipertoniyadan əziyyət çəkənlər daha yüksək risk altındadır.

 

Pravda.az xəbər verir ki, S.Avdeyev terapiyada olan bütün xəstələrin müalicəyə davam etməli olduğunu qeyd edib:

 

“Həkimlər tərəfindən təyin edilmiş eyni dərmanları və eyni dozalarda qəbul edin”, - deyə müsahibəsində qeyd edib.

 

Əlavə qoruyucu tədbirlərə gəlincə, həkim özünü təcrid etməyi və gigiyenaya diqqət yetirməyi tövsiyə edib. Bu tövsiyələr hər kəs üçün eyni dərəcədə faydalıdır.Publika.az

Tarix: 28 Aprel 2020, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin