BURADA REKLAMINIZ OLA
BİLƏR

Qocalığa qarşı peyvənd hazırlanacaq

Rusiya və Litva alimləri qocalma ilə əlaqəli autoimmun xəstəliklərin, xüsusən ateroskleroz, Altsheymer və Parkinson kimi xəstəliklərin qarşısının alınması üçün yeni üsul təklif ediblər.

Bu barədə məqalə beynəlxalq “Expert Review of Vaccines” elmi jurnalında dərc olunub.

“Təbiətdə insan həyatının müddətini məhdudlaşdıran bir neçə bioloji mexanizm var, onlardan biri, bəlkə də ən vacibi immunoloji amildir”, - deyə, müəlliflərindən biri, Baltik Federal Universitetinin (Kalininqrad şəhərində yerləşir - red.) professoru Viktor Seledtsov qeyd edir.

Onun sözlərinə görə, bir insanın həyatı boyunca onun immun hüceyrələri, T-limfositlər getdikcə daha çox autoreaktiv hala gəlir, yəni onların xarici patogenlərə qarşı fəaliyyəti tədricən bədəninin toxumalarına aqressiv hücumla əvəz olunur.

Bu hücumlar, ümumiyyətlə, orqanizmin yaşlanması ilə əlaqəli autoimmun xəstəliklərə səbəb olur.Oxu.az
 

Tarix: 29 Aprel 2020, 06:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin