BURADA REKLAMINIZ OLA
BİLƏR

Avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətdən bildirilib.

 

Yağıntının miqdarı: Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.

 

Havanın temperaturu: Avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub. maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.

 

 

Tarix: 23 Avqust 2023, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin