BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qalatasaray” qələbə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçirilib.

 

Türkiyə çempionu “Qalatasaray” səfər matçına çıxıb.

 

İstanbul nəhəngi Norveçdə yerli “Molde”ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub edib.

 

İsraildə Hayfa “Makkabi”si ilə İsveçrənin “Yanq Boyz” komandasının duelində qalib müəyyənləşməyib.

 

Portuqaliya təmsilçisi “Braqa” isə doğma meydanında Yunanıstan “Panatinaikos”unu minimal fərqlə üstələyib.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23 avqust

 

23:00. “Braqa” (Portuqaliya) - “Panatinaikos” (Yunanıstan) – 2:1

Qollar: Abel Ruiz, 51, Alvaro Djalo, 73 - Daniel Mançini, 90+5

 

23:00. “Makkabi” (Hayfa, İsrail) - “Yanq Boyz” (İsveçrə) – 0:0

 

23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə) - 2:3

Qollar: Martin Ellinqsen, 8, Kristoffer Hyugen, 56 - Sergio Oliveyra, 25, Mauro İkardi, 29, Fredrik Midtsyo, 90+3

 

Qeyd edək ki, bu cütlərdə cavab görüşləri avqustun 29-da keçiriləcək./Report

Tarix: 24 Avqust 2023, 01:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin