BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edildi

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

 

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Tarix: 25 Avqust 2023, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin