BURADA REKLAMINIZ OLA
BİLƏR

Qurban Qurbanova yaxınlaşdı, “Qarabağ”dan getmək istədiyini söylədi

Tezliklə “Qarabağ”ı daha bir futbolçu tərk edə bilər.

 

Luka Quqeşaşvili Ağdam klubu ilə yollarını ayırmaq fikrindədir.

 

Gürcüstanlı qapıçı belə bir niyyətdə olduğunu Qurban Qurbanovun özünə bildirib.

 

Baş məşqçi ilə təkbətək görüşən kiper Andrey Lunyovun gəlişindən sonra əsas heyətə düşəcəyinə ümidinin qalmadığını söyləyib.

 

O, başqa ölkələrdən təkliflər aldığını, davamlı oynamaq istədiyini və Azərbaycanı tərk etmək qərarına gəldiyini vurğulayıb.

 

“Qarabağ” Lukanı 2020-ci ilin əvvəlində “Yagelloniya”dan icarəyə götürüb. “Köhlən atlılar” 6 ay sonra gürcünü Polşa klubundan birdəfəlik transfer edib və 3 illik müqavilə imzalayıb./Sportinfo.az

Tarix: 25 Avqust 2023, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin