BURADA REKLAMINIZ OLA
BİLƏR

”Qarabağ” 1 milyonluq hücumçunu transfer etmək üçün...

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa yaxın olan ”Qarabağ” yeni hücumçu ilə güclənəcək.

 

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

 

Bildirilib k, hazırda bu mövqeyə iki namizədlə danışıqlar gedir. Onlardan biri “Kolo-Kolo”dan Xordi Tompsondur.

 

Ağdam təmsilçisi çilili legioneri öncə icarəyə götürmək istəsə də, yerli klub bu təklifi geri çevirib. “Kolo-Kolo” forvardını birdəfəlik satmaq niyyətindədir.

 

Çilinin U-20 millisinin üzvü ilə "Neftçi" də maraqlanırdı. Lakin bakılılar qiyməti 1 mlyon avro civarında olan gəncə iddiasından son anda əl çəkib.

 

«Qarabağ» isə bu rəqəmi bir qədər aşağı salmaqla, transferi sentyabrın 5-dək reallaşdırmağa çalışır.

 

Azərbaycan çempionu bu yay 5 legionerlə anlaşıb. Hamidu Keyta, Juninyo, Patrik Andrade, Andrey Lunyov və Mateus Silva «köhlən atlılar»la münasibətlərini rəsmiləşdirib.

Tarix: 26 Avqust 2023, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin