BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Erməni silahlı dəstələrinin fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

 

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda deyilir.

Tarix: 27 Avqust 2023, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin