BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mançester Siti”dən səfərdə çətin qələbə - VİDEO

Son çempion “Mançester Siti” İngiltərə Premyer Liqasının III turunu qələbə ilə başa vurub.

 

“Şəhərlilər” “Şeffild Yunayted”lə səfər oyununda çətinliklə qalib gəliblər - 2:1.

 

Erlinq Holand 37-ci dəqiqədə penaltidən yararlanmağı bacarmasa da, 63-cü dəqiqədə qonaqları hesabda önə keçirə bilib. 85-ci dəqiqədə Ceydon Boql hesabda tarazlıq yaradıb. Üç dəqiqə sonra Rodri “Mançester Siti”nin qələbə qolunu vurub.

 

Üç oyunda maksimum nəticə - doqquz xal əldə edən Pep Qvardiolanın komandası vahid liderdir. “Şeffild Yunayted” xal qazana bilməyib./Oxu.az

Tarix: 27 Avqust 2023, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin