BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının daha bir mərkəzi küçəsində sürət həddi endirildi

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə daha bir küçədə sürət həddi endirilib.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bu gündən etibarən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

 

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Tarix: 28 Avqust 2023, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin